Interposta.Info

Din xadimindən skandal çağırış:

Dünya
 24-01-2017, 21:23     672

Din xadimindən skandal çağırış:

Əgər ABŞ səfirliyi Qüdsə köçürülərsə, o zaman şəhərin azad olunması üçün xüsusi təyinatlı qüvvələr yaradılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Sədr hərəkatının lideri, iraqlı şiə din xadimi Müktəda əs-Sədr deyib.

“Ərəb Dövlətləri Liqası Birliyi bu məsələ ilə bağlı qəti mövqe ortaya qoymalıdır. Əks halda, qurum özünün buraxıldığını elan etməlidir. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da simvolik olmayan, həqiqi və ciddi mövqe sərgiləməlidir”, - din xadimi bildirib.

Sədr onu da əlavə edib ki, İraqdakı bütün ABŞ nümayəndəlikləri bağlanılmalıdır:

“Bütün İslam ölkələri ABŞ və İsrail nümayəndəliklərinin fəaliyyətinə qadağa qoymalıdır. Onlar sülhpərvər olduqları müddətcə biz də barışıqdan yanayıq. Əks halda, bütün qapılarımızı bağlayacağıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi ilə bağlı söz verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26