Interposta.Info

Trampa Qüds xəbərdarlığı:

Dünya
 21-02-2017, 08:53     556

Trampa Qüds xəbərdarlığı:
İsraildəki səfirliyin Qüdsə köçürülməsi ABŞ mənafeyinə sağalmaz zərbə vuracaq.

Axar.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Brokinqs İnstitutu tərəfindən yayımlanan hesabatda bildirilib.

Qurum Trampın ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı planını ağılsız və təhlükəli adlandırıb:

“Bu addım ABŞ-ın son 70 ildə yürütdüyü siyasətə zərbə endirəcək və dünyanın dörddə birinin səbəbsiz yerə düşmənçiliyinə rəvac verəcək. Həmçinin Qüdsün statusunun dəyişdirilməsi məsələsi də sabitliyə ciddi şəkildə xələl gətirəcək və ABŞ-ın vasitəçilik roluna kölgə salacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26