Interposta.Info

Fransada silsilə partlayışlar -

Dünya
 13-01-2017, 18:37     780

Fransada silsilə partlayışlar -

Fransanın Marsel şəhərini sarsıdan şiddətli partlama səsləri şəhər sakinlərini qorxuya salıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Fransanın cənubundakı liman şəhəri Marseldə bu saatlarda şiddətli partlayış səsləri eşidilir. Sosial şəbəkələrdə məlumat verən şəhər sakinləri partlayışların evlərə zərər vurduğunu bildirirlər.

Partlayış səsləri şəhərdə çaxnaşma və qorxuya gətirib çıxardıb. Sosial şəbəkələrdə bir çox istifadəçilər bunun terror hücumu olduğunu iddia ediblər.

Ancaq yerli media, polis, hələ ki, bu haqda heç bir məlumat vermir. Qəzetlərdə yer alan məlumata görə, partlayışa səbəb hərbi təyyarənin qəzaya uğraması ola bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26