Interposta.Info

Putinin ən böyük səhvi... -

Dünya
 1-01-2017, 11:57     1 288

Putinin ən böyük səhvi... -

Rusiya Prezidenti Vladimir Putinin əsas hərbi səhvi Suriya Prezidenti Bəşər Əsədlə müttəfiq olmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri Online.ua saytına müsahibəsində rusiyalı politoloq Dmitri Oreşkin bildirib.

Politoloq qeyd edib ki, ABŞ Suriyanın işlərinə qarışmaq istəmir, ancaq Rusiya qoşunları Əsəd ordusu ilə birlikdə şəhərləri bombalayır. Son iyirmi il ərzində ABŞ Yaxın Şərq və Şimali Afrika ölkələri ilə zəngin ünsiyyətindən neqativ təcrübələr topladı. Amerikalılar hesab edirlər ki, demokratikləşmə və diktatorların aradan qaldırılması üçün əhalinin həyat standartlarının yaxşılaşmasına önəm vermək lazımdır ki, bu da avtomotik olaraq bu rejimlərin demokratikləşməsinə yol açır. Rusiya ABŞ-ın həyatını korlamaq üçün Suriya ilə danışıqlar apardı. Ancaq onunla heç kim danışıqlar aparmadı. Putin Suriyaya girdi və batdı, necə ki, Brejnev Əfqanıstanda batmışdı. Qələbə haqqında danışmaq olar, belə ki, Aleppo ələ keçirildi. Ancaq Unutmaq lazım deyil ki, SSRİ Kabula nəzarət edirdi, orada institular və infrastruktur yaradırdı, ancaq pul qurtardı və hər şey bitdi. Suriyada da oxşar hadisələr yaşanacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26