Interposta.Info

Eldar Mahmudovun oğlu Londonda şirkət açdı – “MEA CAPİTAL LİMİTED”

Gündəm
 10-11-2018, 15:45     10 548

“Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da İngiltərədə şirkət açıb. Özü də maliyyə şirkəti, yəni bank”.

Bu barədə xəbəri hazırda ölkə xaricində yaşayan jurnalist Cavanşir Həsənli verib. Bildirilir ki, ” MEA CAPITAL LIMITED” adlı qurum keçən ayın 11-də Londonda qeydiyyatdan keçirilib. Şəhadətnamə nömrəsi 11618237-dir.

Təsisçinin qeydiyyat ünvanı: Union House Walton Lodge, Bridge Street, Walton-On-Thames, Surrey, United Kingdom: “Yeri gəlmişkən, bu ünvan Temza çayı sahilində yerləşir və bahalı villaları, yaxtaları ilə məşhurdur. Keçmiş kənd təsərrüfatı naturist İsmət Abbasovun oğlu Yunis Abbasovun da Walton-On-Thamesda villası və yaxtası var.

Şirkətin adının mənası da aydındır: Mahmudov Eldar & Anar./azinforum.az

İnterPosta.İnfo

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26