Interposta.Info

Əli Abbasovun oğlu Eldar Abbasova məxsus yeni şirkət İsveçrədə - FOTO

Paradoks
 5-02-2021, 09:45     2 012

Əli Abbasovun oğlu Eldar Abbasovun İsveçrədə şirkəti üzə çıxıb.

İnterPosta.info
xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb:

Keçmiş Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovun oğlu Eldar Abbasovun İsveçrədəki şirkəti - LENDED AG 50 000 frank nizamnamə kapitalı ilə 2018-ci il sentyabrın 13-də qeydiyyatdan keçib. Şirkət (qeydiyyat nömrəsi CH-170.3.042.824-2) informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir, İsveçrənin Zug şəhəri, Bahnhofstraße 32 ünvanında hüquqi qeydiyyatdadır.
2019-cu ildə şirkətin nizamnamə kapitalı iki dəfə artılaraq 100 min franka (təxminən 200 min manat) çatdırılıb və CAPİTERA AG adı ilə yenidən qeydiyyatdan keçib. Səhmdar Cəmiyyətdə keçmiş nazirin oğlunun ortağı Peter Szakolczai adlı Macarıstan vətəndaşıdır.
Eldar Abbasov Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutur, keçmiş "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevin kürəkənidir. Bundan əvvəl Eldar Abbasovun Türkiyədə nizamnamə kapitalı 1 milyon lirə olan şirkəti üzə çıxmışdı. Onun Londonda 4 şirkəti də (INFIPRO LIMITED, JDE CAPITAL LTD, JDE TRADING LIMITED və BITTOP LIMITED) fəaliyyət göstərib, bunlardan yalnız həyat yoldaşının adına rəsmiləşdirilmiş JDE TRADING LIMITED hazırda fəaliyyətini davam etdirir.

İnterPosta.info

Əli Abbasovun oğlu Eldar Abbasova məxsus yeni şirkət İsveçrədə - FOTO


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26