Interposta.Info

Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion iddialar

Müxtəlif / Manşet
 9-08-2019, 15:29     10 495

Böyük korrupsiya qalmaqlından sonra ləğv olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbəri Əli Abbasovun oğlu Eldar Abbasovun və "Azərenerji” ASC-nin keçmiş sədri, Mingəçevir SES-də baş verən partlayışdan sonra prezident İlham Əliev tərəfindən vəzivəsindən azad olunan Etibar Pirverdiyevin qızı Dünya Pirverdinin Londonda şirkəti tapılıb.

"İnterPosta.info" xəbər verir ki, Əli Abbasovun oğlu Etibar Pirverdiyevin qızı ilə 2014-cü ildən evlidir. Gənclərin toy mərasimi "Buta Palace”da keçirilib və toyda bir çox yüksək vəzifəli dövlət məmurları iştirak edib.

Əli Abbasovun oğlu Eldar Abbasov və Etibar Piriverdiyevin qızı Dünya Piriverdi evləndikdən sonra bir müddət Londonda yaşayıblar və elə Londonda da təhsilərini davam etdiriblər.

Məlum olub ki, elə həmin ərəfədə cütlük Londonda "İnfipro” adlı şirkət açıb. Şirkətin 75%-i Eldar Abbasova, 25 faizi isə Dünya Piriverdiyə aiddir.

"İnfipro” adlı şirkət Əli Abbasovun Rabitə və Yüksək Texnologiyalar naziri olduğu müddətdə də "Aztelekom” MMC kimi böyük bir qurumu da öz təsiri altında saxlaya bilib və GoldenPay kimi brendlərə xarici investisiya dəstəyi adı altında ölkənin rabitə resurslarını mənimsəyib.

Hələ o vaxtlar atasının nazir olmasına baxmayaraq, Eldar Abbasov media qurumlarına vençur sərmayə haqqında müsahibələr verib, daxili bazara xarici kapitalın gəlməsindən "İnfipro”nun icraçı direktoru olaraq danışıb.

Maraqlıdır ki, Eldar Abbasov hazırda dövlət qurumunda çalışır. Sabiq nazirin oğlu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika şöbəsinin rəisi vəzifəsində çalışır. Bunu Eldar Abbasov 29 mart tarixində özünün "Linkedin” sosial şəbəkəsindəki hesabında da qeyd edib.

Londonda qeydiyyatda olan "İnfipro” adlı şirkətin Əli Abbasovun oğlu Eldar Abbasova və Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyə məxsus olduğunu isbatlayan sənədləri də təqdim edirik./pia.az

İnterPosta.info

Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion iddialar
Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion iddialar
Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion iddialar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26