Interposta.Info

Eldar Mahmudovun əmisi oğlu

Gündəm
 4-11-2017, 07:28     10 029

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Mahmudov Eldar Mahmudovun əmisi oğludur.

Qeyd edək ki, V.Mahmudovun tutulması barədə ilk xəbəri haqqin.az saytı xəbər verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26