Interposta.Info

Eldar Mahmudovun əmisi oğlunun həbs oluma səbəbi

Gündəm
 4-11-2017, 18:11     10 545

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs edilən əmisi oğlu və köməkçisi Vüqar Mahmudovun hansı maddələrlə ittiham edildiyi bəlli olub.

"XeberBiz" xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, V.Mahmudov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.

Onun barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

V.Mahmudov barəsində dünən Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26