Azərbaycanla daha bir ölkə arasında viza rejimi qismən ləğv olunur
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.
"İnterPosta" xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.
"Həmkarım, Qvineya-Bisaunun xarici işlər naziri Karlos Pinto Pereyra ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşməkdən məmnunam.
Biz ikitərəfli əməkdaşlığı, siyasi dialoqu genişləndirmək və çoxtərəfli güclü əlaqələr qurmaq yollarını müzakirə etdik.
Görüş zamanı biz "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş"i imzaladıq", - nazir qeyd edib.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

