Interposta.Info

Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya etdi

Siyasət
 7-03-2025, 13:35     47 336

Milli Məclis Azərbaycanın "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26