Interposta.Info

Hikmət Hacıyev Akif Çağatay Kılıçla görüşdü

Siyasət
 26-02-2025, 08:38     28 591

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətləri müzakirə olunub. Həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, H.Hacıyev Türkiyədə səfərdədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26