Interposta.Info

BMT-nin Baş katibi Qarabağı ziyarət edəcəK? - Stefan Dujarrikdən açıqlama

Siyasət
 30-07-2024, 09:17     23 281

"Noyabra qədər BMT Baş katibi Antoniu Quterreşin Azərbaycana səfəri nəzərdə tutulmayıb".

Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik "Report”un ABŞ bürosinun sualını cavablayarkən deyib.

Baş katibin Bakıya səfəri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsini ziyarət edəcəyinə dair hansısa planın olması barəsində suala cavab verən sözçü noyabr ayında bu məsələ barədə məlumat verilə biləcəyini deyib: "Hələ iyul ayıdır, mən səyahət haqqında danışmayacağam. Ola bilər ki, bu, noyabra qədər baş verməyəcək"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26