Interposta.Info

 

Numan Kurtulmuş: “Azərbaycanın güclü olması Türkiyənin regionda güclü olması deməkdir”

Siyasət
 12-07-2023, 12:10     242

“Azərbaycanın güclü olması Türkiyənin regionda güclü olması deməkdir”.

Bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

N.Kurtulmuş Azərbaycana səfəri çərçivəsində Şəhidlər Xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

TBMM sədri bildirib ki, Azərbaycan Türkiyənin qardaşıdır və iki ölkənin hər sahədə nümunəvi əlaqələri mövcuddur.
“Türkiyənin Qafqazda Azərbaycanla əlaqələri son dərəcə əhəmiyyətlidir”, - deyə N.Kurtulmuş Bakıdakı “Türk şəhidliyi” abidəsinin önündə çıxış edərkən vurğulayıb.

Xatırladaq ki, TBMM sədri Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova və Baş nazir Əli Əsədovla görüşəcək.\HaberGlobal

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26