Interposta.Info

Etibar Əliyev seçkiyə getmir? - "Deputat həkim müayinəsindədir..."

Siyasət
 23-07-2024, 13:53     30 877

Milli Məclisin deputatı Etibar Əliyev növbədənkənar parlament seçkilərinə qatılmayacaq.

"İnterPosta"-nın əldə etdiyi məlumata görə, sabiq deputat seçkilərdə iştirakdan imtina edib.

Məsələni araşdırmaq üçün Etbar Əliyevin deputat seçildiyi 31 saylı Suraxanı ikinci seçki dairəsi ilə əlaqə saxladıq. Dairədən Qaynarinfo-ya bildirdilər ki, Etibar Əliyev hələlik namizədliyini irəli sürməyib.

Xəbəri dəqiqləşdirmək üçün Etibar Əliyevin özünə də zəng etdik. Dəstəyi götürən şəxs xəstəxana əməkdaşı olduğunu bildirdi:

"Mən fizoterapiya əməkdaşıyam. Etibar müəllim terapiya şöbəsində həkim müayinəsində olduğu üçün zəngə cavab verə bilmir".\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26