Interposta.Info

Macarıstan parlamenti gələn həftə İsveçin NATO-ya daxil olmasını təsdiqləyə bilər

Siyasət
 20-02-2024, 14:26     27 931

Macarıstanın hakim partiyası FİDES - Macarıstan Vətəndaş İttifaqı fevralın 26-da İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyası ilə bağlı parlamentdə səsvermənin keçirilməsini təklif edib.

APA xəbər verir ki, bu barədə fraksiya lideri Mate Koçiş bildirib.

O, bu təkliflə Macarıstan parlamentinin spikeri Laslo Keverin adına məktub göndərib.

"Fevralın 26-da İsveç Krallığının Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olması barədə sazişin ratifikasiyası məsələsini parlamentin iclasının gündəliyinə daxil etməyi təklif edirik”, - fraksiya liderinin müraciətində bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26