Interposta.Info

NATO Avropada hərbi mövcudluğunu gücləndirir

Dünya
 15-08-2022, 11:44     280

NATO ABŞ-ın 101-ci Hava Desant Diviziyasından Macarıstan, Bolqarıstan, Slovakiya və Rumıniyaya 2400 əsgər göndərməklə Avropadakı hərbi mövcudluğunu gücləndirəcək.

"İnterPosta"xəbər verir ki, bu barədə Rosbalt.ru Amerikanın Şimali Atlantika Alyansındakı missiyasına istinadən məlumat yayıb.

Missiyanın sosial şəbəkələrdəki mesajında deyilir ki, əsgərlər "NATO-nun şərq sərhədini qorumaq, müttəfiqləri gücləndirmək və düşmənlərin qarşısını almaq üçün” bu ölkələrə göndəriləcək.

Daha əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, NATO Rusiya ilə qarşıdurmaya can atmır və Rusiya onun üçün təhlükə deyil: "Bizim yeni mövcudluğumuz yalnız alyansın nizamnaməsinin 5-ci maddəsinə davam edən ciddi öhdəliyimizi əks etdirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26