Interposta.Info

Moldova Prezidenti Rusiyanı ölkədə sabitliyi pozmaqda ittiham edib

Siyasət / Manşet
 19-12-2023, 11:23     27 802


Moldova Prezidenti Maya Sandu Rusiyanı ölkədə sabitliyi pozmaq planlarında ittiham edib.

APA xəbər verir ki, bu barədə Moldova rəhbəri yerli "PRO-TV” kanalına müsahibəsində bildirib.

Maya Sandunun fikrincə, Rusiya həmin planları gələn ilin baharına yaxın həyata keçirməyə başlayacaq. O, 2024-cü ilin noyabrında Moldovada gözlənilən prezident seçkilərindən əvvəl ölkədə stabilliyi pozmaq cəhdlərində Rusiyanı ittiham edib.

"Rusiya Moldovadakı adamlarından istifadə edəcək, ola bilər ki, taktika dəyişsin”, - Moldova Prezidenti proqnoz verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26