Interposta.Info

Moldova bu tarixdə MDB PA-dan çıxacaq
 

Dünya
 17-11-2023, 14:43     38 926

2024-cü il fevralın 8-dən Moldova MDB Parlamentlərarası Assambleyasının (PA) üzvlüyünü dayandıracaq.

"InterPosta" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.

"Fevralın 8-dən Moldova rəsmi olaraq MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq”, deyə Federasiya Şurasının spikeri bildirib.

O qeyd edib ki, bu, məclisə heç bir zərər gətirməyəcək, təşkilat fəaliyyətini davam etdirəcək. Lakin Moldovanın özü üçün statusun itirilməsi böyük itkilərə səbəb olacaq.

Matvienkonun sözlərinə görə, "Moldova xarici nəzarətə keçdiyindən və başqasının ağzı ilə danışdığından" uzun müddətdir birlikdən kənardadır./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26