Interposta.Info

İcma: “Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi fransız səfiri yaman mütəəssir edib”
 

Siyasət
 18-10-2023, 19:59     19 429

“Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, separatçılığa, “boz” zonaya son qoyması fransız səfiri yaman mütəəssir edib. Amma fransız səfir açıq-aşkar ünvanları səhv salır”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının Fransanın Ermənistandakı səfirinin böhtançı fikirləri ilə əlaqədar açıqlamasında yer alıb.

Bildirilib ki, işğalçı ölkə vaxtilə dünyanın 40-dan çox ölkəsini ilhaq etmiş, indi də müxtəlif dənizaşırı əraziləri müstəmləkə asılılığında saxlayan, daim işğalçı müharibələr aparmış Napoleonun 200 illiyini yüksək səviyyədə qeyd edən Fransadır:
“Səfirin və Avropa İttifaqının Ermənistandakı missiyasının baş çəkdiyi ərazilərin əksəriyyəti vaxtilə qərbi azərbaycanlıların yaşadığı və Ermənistanın soydaşlarımızı deportasiya etdiyi torpaqlardır. Lakin fransız səfir Azərbaycana və azərbaycanlılara nifrətinə, səlibçi mentalitetinə görə heç vaxt bu kimi məqamlara toxunmayacaq”.

“Əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini 21-ci əsrdə Paris muzeylərində saxlayan riyakarların ittihamlarını qətiyyətlə rədd edirik”, - deyə açıqlamada qeyd olunub.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26