Interposta.Info

“The Jerusalem Post” Zəngəzur dəhlizindən yazıb

Siyasət
 13-10-2023, 17:22     28 293

"İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməsi bu ölkənin tamamilə uduzmaması üçün regionda sabitliyi daha da pozmağa hesablanıb. Belə ki, Zəngəzur dəhlizi İranın problem yaratdığı yeganə ərazi deyil”.

İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusununu sabiq polkovnik leytanantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar bu barədə İsrail və dünyanın ən nüfuzlu nəşrlərindən olan "The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazıb.

"İran dünyada sülhü təhdid edir” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın Qarabağda apardığı son antiterror əməliyyatında Tehran yəhudi dövləti ilə sıx müttəfiqliyinə görə Bakını təhdid edib və Ermənistanı dəstəkləyib.

Qeyd olunub ki, sözügedən təhdidini "sionistlərin regionda sərhədlərin dəyişdirilməsi ilə bağlı heç bir təşəbbüsünə dözməyəcəyi” ilə pərdələyən İran onun maraqlarına zidd olan əməliyyatın uğurla başa çatmasından sonra Qafqaz regionunda olan-qalan təsirini itirməmək üçün geri çəkilməyə və Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləməyə qərar verib. Belə ki, əvvəllər sözügedən dəhlizin yaradılmasına qarşı çıxan molla rejimi gerçəkləşəcəyi təqdirdə, bu təşəbbüsün onun Qərbin sanksiyalarından yan keçməsində həyat yolu hesab etdiyi Ermənistanla əlaqəsini kəsəcəyi ilə əsaslandırır.

Məqalədə Türkiyə Prezidenti Ərdoğana istinadən Ermənistanın imtina edəcəyi təqdirdə, İranın Azərbaycana Zəngəzur dəhlizinin tikintisinə kömək edəcəyi bildirilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://jpost.pressreader.com/article/281818583482098

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26