Interposta.Info

Hikmət Hacıyev: "İran tərəfindən müsbət mesajlar alırıq"

Siyasət / Manşet
 7-09-2023, 18:42     381

"Azərbaycanın müstəqil xarici siyasəti var və beləliklə, Azərbaycan özü öz dostlarını seçir. Dostluq və xüsusilə İsraillə əməkdaşlıq həm Azərbaycan, həm də İsrail xalqlarının xeyrinədir”.

"İnterPosta" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin "i24news" telekanalına müsahibəsində deyib.

Hikmət Hacıyev bildirib ki, xarici siyasət və ikitərəfli əməkdaşlıq nə eksklüziv, nə də inklüziv prosesdir.

O qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığı hər hansı üçüncü ölkəyə qarşı deyil: Bu dostluq hər iki ölkənin və xalqlarımızın xeyri üçündür. Bu dostluğun həm də tarixi əsası var. Bu unudulmamalıdır və bu tarixi əlaqələr münasibətlərimizin daha da çiçəklənməsinin davamına xidmət edəcək. Bu, heç kimə qarşı deyil”.

İranla münasibətlər barədə danışan Hikmət Hacıyev bildirib ki, İran Azərbaycanla qonşudur: "Azərbaycanın siyasəti ondan ibarətdir ki, qonşularla stabil və qarşılıqlı səmərəli münasibətlər həmişə yaxşıdır. Bu, Azərbaycanın siyasətidir. Azərbaycan və İran arasında anlaşılmazlıq və yanlış kommunikasiyanın olduğu zamanlar olub. Lakin diplomatik kanallar vasitəsilə, dialoqla bunu həll etməyə çalışırıq. Həmçinin, İran tərəfindən müsbət mesajlar alırıq. Səhifəni çevirmək, əməkdaşlıq üçün müsbət atmosfer yaratmaq üçün diplomatik formatda iranlı həmkarlarımızla işləyirik”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26