Interposta.Info

Hikmət Hacıyev Azərbaycanın qlobal miqyasda üzləşdiyi hədə və təhdidlərdən danışdı

Siyasət
 17-12-2021, 23:07     501

"Ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinə daim diqqətlə yanaşılıb və geridə qoymaqda olduğumuz il ərazində ölkələrimiz arasında dostluq əlaqələri inkişaf edib".

"İnterPosta" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gülüstan Sarayında Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti, müvafiq qurumlardan yüksək səviyyəli nümayəndələr, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların ofislərinin rəhbərlərinin iştirak etdiyi XİN tərəfindən ilin yekunlarına həsr edilmiş qəbulda deyib.

Prezidentin köməkçisi Azərbaycanın dünya dövlətləri ilə həmrəylik nümayiş etdirərək, COVİD-19 qarşı qlobal mübarizədə öz töhfəsini verdiyini və bu gün beynəlxalq təşkilatlarda cərəyan edən proseslərin post-COVİD dövründə siyasi və iqtisadi baxımından daha ədalətli dünya düzəninin qurulmasının zəruri etdiyini vurğulayıb. Hikmət Hacıyev çıxışında qlobal miqyasda üzləşdiyimiz hədə və təhdidlərin universal regional və beynəlxalq təşkilatların çevikliyinin artırılmasının və yeni reallığa uyğunlaşdırılmasının daha da zəruriliyinin şərtləndirdiyini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26