Interposta.Info

Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən bu, mümkünsüzdür - Hikmət Hacıyev

Siyasət
 30-09-2020, 12:33     673

“Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 2020-ci il sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib:

“Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu, ilk növbədə Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir.

Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26