Interposta.Info

“Ağdam-Xankəndi yolu açılacaq” - Erməni siyasətçi

Siyasət
 30-08-2023, 20:20     303


Laçın yolu ilə bağlı "blokada şousu” davam edərkən, Ermənistanda Azərbaycanın iradəsinin qalib gələcəyini başa düşənlərin sayı artmaqdadır.

"AzPolitika.info” xəbər verir ki, Ermənistanın "Demokratik alternativ” partiyasının sədri Suren Surenyants öz sosial şəbəkə səhifəsində Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun açılacağını yazıb: "Təəssüf ki, bütün beynəlxalq subyektlər arasında Laçın və Ağdam yollarının paralel olaraq açılması barədə vahid rəy var. Makron-Əliyev telefon danışığından, amerikalıların susmasından və rusiyalı sülhməramlıların davranışlarından belə təəssürat yaranır. Bu, reallıqdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26