Interposta.Info

Rusiya Qafanda nə zaman konsulluq açır?

Siyasət
 4-08-2023, 14:54     267


“Rusiya diplomatları sentyabr ayında konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Sünik vilayətinin Qafan şəhərinə səfər edəcəklər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Biz Sünik vilayətinin Qafan şəhərində Rusiya baş konsulluğunun geniş səviyyədə açılışına fəal şəkildə hazırlaşırıq. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcək, məsələ ilə birbaşa yerində məşğul olacaqlar”, - deyə Denis Qonçar vurğulayıb.
Xatırladaq ki, 2023-cü il mayın 25-də Moskvada Nikol Paşinyanla Vladimir Putinin görüşündə Rusiyanın Ermənistanda konsulluq açmaq məsələsi müzakirə edilmişdi./TASS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26