Interposta.Info

Ceyhun Bayramov Blinkenlə görüşdü (FOTOLAR)
 

Siyasət / Manşet
 27-06-2023, 21:07     208

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinkenlə görüşüb.

"InterPosta"xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də məlumat yayıb.

Bildirilib ki, görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Arlinqtonda, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.

Azərbaycan XİN başçısı ilə ikitərəfli görüşdən sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, bundan öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Entoni Blinken arasında görüş baş tutub.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26