Interposta.Info

Bakıda Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO/VİDEO

Siyasət / Manşet
 13-06-2023, 09:46     312

İyunun 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Ziyafət konsert proqramı ilə davam edib.

Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.

22:32
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilir.

AZƏRTAC xəbər verir ki, tədbir konsert proqramı ilə davam edir.









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26