Interposta.Info

Ermənistan prezidenti: "Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır"

Siyasət
 30-05-2023, 09:09     243

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mesajını mühüm adlandırıb.

Bu barədə "Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanla görüşündə hökumətin regionda sülhün bərqərar edilməsi siyasətini tam dəstəklədiyini bəyan edib.

Nikol Paşinyan da öz növbəsində prezidentlə görüşləri vacib adlandırıb. Paşinyan hesab edir ki, xalq hakimiyyətin müxtəlif qolları və dövlət aparatının səmərəli fəaliyyəti arasında institusional əlaqəni görməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26