Interposta.Info

"Azərbaycanın 86,6 min kvadrat km ərazisinə Dağlıq Qarabağ da daxildir" - Paşinyan  

Siyasət / Manşet
 22-05-2023, 14:19     408

"Azərbaycan ərazisi 86,6 min kvadrat kilometrdir. Buna Dağlıq Qarabağ daxildir".

"İnterPosta"xəbər verir ki, bunu bazar ertəsi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Bundan əvvəl Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi daxilində ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Mətbuat konfransı zamanı Ermənistan hökumətinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb-tanımaması ilə bağlı sualı cavablandıran Paşinyan qeyd edib ki, ölkənin bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

"Və əgər Azərbaycanla mən bir-birimizi düzgün başa düşürüksə, İrəvan Azərbaycanın ərazi bütövlüyünü müəyyən edilmiş - 29 800 kvadrat kilometr daxilində Ermənistanın ərazi bütövlüyünü tanıyır”, deyə o bildirib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26