Interposta.Info

Azərbaycan və Litva prezidentlərinin təkbətək görüşü başladı (YENİLƏNİB)

Siyasət / Manşet
 22-05-2023, 11:06     317

Azərbaycan Prezidenti İlham Əliyevlə Litva Prezidenti Gitanas Nausedanın təkbətək görüşü başlayıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezidentin mətbut xidməti məlumat yayıb.

10.58

Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

"İnterPosta" xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xatirə kitabını imzalayıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26