Interposta.Info

Litva Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Siyasət
 17-05-2022, 23:04     365

Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26