Interposta.Info

Sülh sazişinin hansı bəndləri razılaşdırılıb? (ŞƏRH)
 

Siyasət
 9-05-2023, 15:25     202

ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünə toxunaraq bildirib ki, İrəvan və Bakı bu danışıqlarda mümkün sülh sazişinin bəzi şərtlərini razılaşdırıblar.

Vedant Patel müzakirələri konstruktiv adlandırıb və qeyd edib ki, əlavə xoşməramlılıq, çeviklik və kompromis nümayiş etdirməklə tərəflər razılığa gələ bilərlər. Lakin Patel sülh sazişinin razılaşdırılan şərtlərin nələrdən ibarət olduğunu açıqlamayıb.

Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Fərhad Məmmədovun fikrincə, razılaşdırılan məqamlar ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması, iki dövlət arasında sazişlərdə, diplomatik münasibətlərin qurulmasında istifadə olunan beynəlxalq siyasətin və hüquqların ümumi qaydalarını təsbit edən maddələrdən ibarətdir:



"Bu məsələlərdə Bakı ilə İrəvan arasında demək olar ki, hər hansı bir problem yoxdur. Azərbaycan Prezidenti Şuşada bildirdi ki, bütün sazişlərdə olduğu kimi terrorizmə, separatizmə, ksenofobiyaya qarşı ümumi çıxış edirik. Amma Ermənistan tərəfi götürüb separatizm kəlməsinin üstündən xətt çəkib. Əlbəttə ki, ABŞ özünün vasitəçiliyilə baş tutan danışıqlarda prinsipial problemlərin həll olunmadığını, yalnız ikinci dərəcəli məsələlərin razılaşdırıldığını heç zaman deməz. Ona görə də görüşün nəticələri barədə danışarkən bəzi məsələlərdə irəliləyişin olduğunu deməklə kifayətlənirlər. Görünən odur ki, prinsipial məsələlərdə hələlik razılıq əldə edilməyib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26