Interposta.Info

Dövlət Departamentindən Praqa görüşünə reaksiya

 

Ölkə / Manşet
 8-10-2022, 11:39     388

ABŞ Cənubi Qafqazda Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır.

"İnterPosta" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel brifinq zamanı deyib.

Onun sözlərinə görə, bu missiya Azərbaycan və Ermənistan arasında etimadı möhkəmləndirə və dialoqun davam etməsinə kömək göstərə bilər.

"Biz Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşünü, eləcə də Fransa prezidenti ilə Aİ Şurasının rəhbərinin hərtərəfəli sülh prosesinə təkan vermək cəhdlərini alqışlayırıq. Biz, xüsusilə, regionda Aİ müşahidəçilər missiyası məsələsində irəliləyişi alqışlayırıq. Bu missiya tərəflər arasında etimadın möhkəmləndirilməsini və dialoqun davam etməsini hədəfləyir", - deyə o bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26