Interposta.Info

Qazaxın 7 kəndi və Kərki Azərbaycana qaytarılacaqmı? - "Güzəştdən söhbət gedə bilməz..."

 

 

Siyasət / Manşet
 4-05-2023, 18:29     358

"Kərki və Qazaxın 7 kəndi Azərbaycanın nəzarətinə qaytarılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski Qazax rayonunun işğalda olan 7 və Naxçıvanın Kərki kəndlərinin taleyi məsələsinə toxunarkən deyib:

"Fikrimcə, bu məsələdə Ermənsitanla heç bir kompromisə getməməliyik. Qazaxın 7 və Naxçıvanın Kələki kəndləri də Azərbaycana qaytarılmalıdır. Çünki həmin kəndlər də Azərbaycanın ərazisidir. Qazaxda anklav olaraq Əskipara qalıb. Bu kənd keçən əsrin 80-ci illərində Əskiparanın ətrafının ermənilərə verilməsi nəticəsində anklava çevrilib. Digər kəndlər isə anklav deyil, əsas ərazimizə bitişikdir. Azərbaycan sona qədər bu iş üzərində çalışacaqsa, həmin anklav kəndlər də qaytarılmalıdır”.

Qeyd edək ki, Azərbaycan Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ də Ermənsitanın işğalı altındadır. Azərbaycan isə beynəlxalq qanunlara istinad etməklə həmin kəndləri də geri qaytarmaqda israrlıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26