Interposta.Info

Bu kəndlər Azərbaycana qaytarılacaq - RƏSMİ+VİDEO

Siyasət
 11-05-2022, 11:10     216

Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O vurğulayıb ki, həmin kəndlər Azərbaycan əraziləridir.

Nazir müavini Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına da diqqət çəkib: ''Azərbaycan sülh gündəliyini ortaya qoyub, bu məsələdə israrlıdır və bu istiqamətdəki səyləri dəstəkləyir. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır''.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26