Interposta.Info

"Bu məsələyə görə Rusiya ilə Azərbaycan arasında heç bir anlaşılmazlıq yoxdur..."

Siyasət / Paradoks
 9-12-2019, 11:01     627

Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərin 30-40%-i başa çatıb.

Bu haqda jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.Onun sözlərinə görə, bu məsələdə tərəflər arasında heç bir anlaşılmazlıq yoxdur.

"İşlərimiz plana uyğun şəkildə davam edir. Bu işi 2-3 il ərzində tamamlayacağımıza ümid edirik", - o bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, demarkasiya üzrə işçi qrupunun növbəti iclası gələn ilin birinci rübündə keçirilə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26