Interposta.Info

Elçibəyin kürəkəni seçkidə kimi dəstəkləyir?

Siyasət
 24-04-2023, 15:17     165

"Mən ədalətli seçkiləri dəstəkləyirəm”.

Bunu "İnterPosta"-ya açıqlamasında sabiq prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə keçiriləcək prezident seçkilərində kimi dəstəkləyəcəyindən danışarkən deyib.

O bildirib ki, Azərbaycan vətəndaşı olduğu üçün Türkiyədə keçirilən seçkilərdə iştirak etmək, səsvermək hüququ yoxdur:

"Ədalətli seçkilər nəticəsində türk xalqı kimi özünə prezident görmək istəyəcəksə, biz də ona sayqı duyub uğurlar arzulayacağıq”.

Qeyd edək ki, 15 sentyabr 1968-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Zərkənd kəndində doğulan Aqil Səmədbəyli Türkiyənin İstanbul şəhərindəki Mərmərə Universitetini bitirib. O, qardaş ölkədə sosial elmlər üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb.

Gənc yaşlarından siyasi və ictimai fəaliyyətlə ciddi məşğul olan Aqil Səmədbəyli Türkiyədə təhsil aldığı illərdə "Gənc Aydınlar Hərəkatı"nı yaradıb və Başqan seçilib. Daha sonra o, "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədri olub. 2010-cu il noyabrın 7-də keçirilmiş Milli Məclisə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizəd olub.

Aqil Səmədbəyli Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli ilə evlidir. Onlar uzun illərdir ailəsi ilə birlikdə Türkiyədə yaşayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26