Interposta.Info

Bu gün Əbülfəz Elçibəyin vəfatınln 18-ci ildönümüdür

Ölkə
 22-08-2018, 14:17     10 497

Azırbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin vəfahından18 il ötür

24 iyun 1938-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Kələki kəndində anadan olan mərhum prezident Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərində Gülhanə hospitalında vəfat edib.

Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyev Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident olub.

Əbülfəz Elçibəy orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub.

Universiteti bitirdikdən sonra bir müddət işləyib, 1965-ci ildə BDU-nun aspiranturasına qəbul olub. Buranı bitirdikdən sonra tarix elmləri namizədi alimlik dərəcəsi alıb 1968-75-ci illərdə BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib.

Əbülfəz Elçibəy 1975-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. 1992-ci ilədək böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir.

Hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparan, gizli tələbə dərnəkləri yaradan və azadlıq ideyalarını geniş şəkildə yayan Əbülfəz Elçibəy 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda öndərlərdən biri olub. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi yarananda o, hərəkatın təşkilatlanmış forması olan yaradanlarından biri və ömrünün sonunadək onun sədri olub.

Bu gün Əbülfəz Elçibəyin vəfatınln 18-ci ildönümüdür

1992-ci il 7 iyunda keçirilmiş seçkilərdə Əbülfəz Elçibəy Azərbaycan Respublikasının prezidenti olub. Onun hakimiyyəti dövründə ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edilib, könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atılıb, Ağdərə, Goranboy rayonları erməni işğalçılarından təmizlənib. İşğal altında olan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edilib.

Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə gedib və orada dörd il dörd ay yaşayaraq siyasi mübarizəsini davam etdirib. 1997-ci ildə Bakıya qayıdan keçmiş Prezident yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib və Demokratik Konqresə sədr seçilib, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Onun siyasi-nəzəri görüşləri “Bu mənim taleyimdir” (Bakı, 1992), “Deyirdim ki, bu quruluş dağılacaq” (Bakı, 1992), “Demokratiya və azadlıq” (İstanbul, 1992), “Bütöv Azərbaycan yolunda” (İstanbul, 1998), “Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!” (Bakı, 2002), “Elçi düşüncələri” (Bakı, 2002) kitablarında əksini tapıb. Əbülfəz Elçibəy ”Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!” ülküsünü irəli sürüb.

Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 63 yaşında Türkiyənin Ankara şəhərində vəfat edib. Bakıda I Fəxri Xiyabanda dəfn olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26