Interposta.Info

Azərbaycan və Ermənistan nümayəndələri Zəngəzurda görüşdü

Siyasət / Manşet
 1-04-2023, 18:57     216

Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.
"İnterPosta" xəbər verir ki, bu barədə TASS Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzinə istinadən məlumat yayıb.

"Tex-Kornidzor sahəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, məlumatda bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26