Interposta.Info

"Heydər Əliyev bu ideologiyanı təqdim etməklə milli birliyimiz və milli kimliyimiz üçün ideoloji əsaslar yaratdı"

Siyasət
 3-03-2023, 15:02     252

(Yazı "Azərbaycançılıq ideyasının təbliği- "Heydər Əliyev ili” mövzusu üzrə hazırlanıb)

1990-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətini birləşdirəcək vahid milli ideologiyaya ehtiyac yaranmışdı. Çünki Sovet dövründə milli həmrəylik üçün təbliğ olunan kommunizm ideologiyası mövcud idi. Kosmopolit əsaslarda təbliğ olunan sovet ideologiyası iflasa uğradı. Ancaq müstəqil Azərbaycanda hamı tərəfindən qəbul edilən və milli məqsədlərimiz üçün geniş ümumi platforma yox idi. Azərbaycanın müstəqil dövlətinin ideoloji əsaslarının yaranması dövrün tələbi idi.

Deputat Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, məhz belə bir tarixi mərhələdə böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını cəmiyyətə təqdim etməklə milli birliyimiz və ortaq milli kimliyimiz üçün ideoloji əsaslar yaratdı:

"Heydər Əliyev bu ideologiyanı təqdim etməklə milli birliyimiz və milli kimliyimiz üçün ideoloji əsaslar yaratdı"


"Əslində, azərbaycançılıq ideologiyası cəmiyyətimizdə tarixən mövcud olan dəyərlərin ümumi məzmusu, eyni zamanda, müstəqil dövlətimizin inkişafı üçün təminat yaradacaq universal dəyərlər toplusu idi. Böyük dövlət xadimi Heydər Əliyev azərbaycançılıq haqqında danışan zaman Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə sahib çıxmaq, onu öyrədib və öyrətmək, eyni zamanda, bu dəyərlərin Qərbin universal dəyərləri ilə uzlaşdırılması konteksində cəmiyyətin və fərdin inkişafını nəzərdə tuturdu. Bu sözün əsl mənasında milli neokonservatizm kimi səciyyələndirəcək bir ideyalar, dəyərlər sistemi idi. Ona görə də tarixi, genetik yaddaşımızda, tarixi ənənələrimizdə bu formula, sosial siyasi düstur mövcud olduğuna görə azərbaycançılıq ideologiyası qısa müddətdə məhz milli ideologiya kimi Azərbaycan xalqı tərəfindən mənimsənildi. Bu yanaşma bizi çoxsaylı bəlalardan xilas etdi. Yəni, 1990-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan etnik və regional seperatizmdən xilas olmağımızda azərbaycançılıq ideologiyasının böyük bir rolu oldu. Sosial bənzərliyimizin, birimizin digərimizə aid olmağımızın ideoloji göstəricilərindən birinə çevrildi azərbaycançılıq ideologiyası. Bu, nə demək idi? Yəni, hər bir azərbaycanlı etnik mənşəyindən asılı olmayaraq, özünü Azərbaycan xalqının nümayəndəsi kimi hiss etməyə başladı, bu isə çox vacib idi. Belə olmasaydı, xalqın ümumi ictimai enerjisi milli dövlətçiliyimiz ətrafında səfərbər edilə bilməzdi. Ona görə də azərbaycançılıq ideologiyası ilkin mərhələdə bu missiyanın öhdəsindən layiqincə gəlməyə başladı”.



Hikmət Babaoğlu hesab edir ki, bu gün ümummilli həmrəylikdən danışırıqsa, buna görə azərbaycançlılıq ideologiyasına borcluyuq:

"Ancaq bu da məsələnin hamısı deyil. Tarixin sonrakı, yəni, müstəqillik dövrümüzün ayrı-ayrı mərhələlərində də bizim milli həmrəyliyimizi pozamağa yönəlik cəhdlər oldu. Bu cəhdlər iki vasitə ilə həyata keçlirildi. Biri demokratiyanı Azərbaycan cəmiyyətinə milli ideologiya kimi təqdim etmək istəyən dağıdıcı Qərb mərkəzləri vasitələri ilə, ikincisi vasitə isə dini, yaxud məhzəbi milli ideologiyadan üstün dəyər kimi təqdim etməyə çalışan İran və bir sıra digər islam ölkələrdən Azərbaycan cəmiyətinə daxil olan ideyalar idi ki, bunlar bizim milli birliyimizə və həmrəylimizə qarşı idi. Bu mərhələdə Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası iki istiqamətdə tarixin sınağından keçməli idi. Birincisi, "demokratiya"nı milli ideologiya kimi təqdim edən cəbhədə savaşmalı idi, etnik seperatçılığı dəstəkləyən güc mərkəzləri və məzhəbləri Azərbaycan cəmiyyətinə üst ideya kimi təqdim edənlərlə savaşmalı idi. Tarix bunu göstərdi ki, azərbayçalıq ideologiyası bu sınaqların hamısından uğurla keçməyi bacardı”.



Hikmət Babaoğlu buna misal olaraq 44 günlük Vətən müharibəsini göstərib:

"Bəlli oldu ki, Azərbaycan xalqı bu ideyanın bütün fəlsəfəsini mənimsəyərək, bir xalq kimi vahid hədəfə vurmağı bacardı. Bu da bizim qələbəmizin əldə olunmasına gətirib çıxardı. Ona görə də, 1990-ci ilin əvvəlində Azərbaycan cəmiyyətinə İrandan gələn radikal məhzəbçilik, Ərəbistan yarmadasından gələn ikinci və ya üçüncü radikal məhzəbçilik Azərbaycan cəmiyyətində dayaq tapa bilmədi. Xiristian dünyasından Azərbaycana göndərilən müxtəlif xristian sektalarının, hətta Hindistandan Azərbaycan ixrac edilməyə çalışılan müxtəlif cərəyanlar heç biri Azərbaycan cəmiyyətində köklü şəkidə özünə əsas dəstək qazana bilmədilər. Bu səbəbə də onlar azərbaycançılıq ideologiyasına savaşda uduzdular. Etnik seperatçılıq və "Qərb dəyərləri” adı altında bizə ixrac olunan dağıdıcı fikirlərlər də azərbaycançılıq ideologiyasına rəqabətdə uduzdular. Beləliklə, bu günkü umummilli həmrəyliyimiz formalaşdı. Ona görə böyük dövlət xadimi Heydər Əliyevin irəli sürdüyü və qısa müddətdə Azərbaycan xalqı tərəfindən mənimsənilən, özünküləşdirilən bu ideyanın tarixi kökləri nə qədər prespektivlidirsə, gələcəyi də bir o qədər işıqlıdır və Azərbaycan xalqının milli birliyinə, bərabərliyinə və dövlətimizin möhkəmləndirilməsinə xidmət edəcək”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26