Interposta.Info

Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyir

 

Siyasət
 2-03-2023, 20:46     354

“Belarus Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığı gücləndirmək səylərini tam dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Çıxışı zamanı Belarusun sammitdəki nümayəndə heyətinin rəhbəri görüş iştirakçılarına Belarusun COVID-19 pandemiyasına qarşı mübarizə təcrübəsi barədə də məlumat verib.

Qeyd olunub ki, Belarus iqtisadiyyatı dayandırmayıb, sərhədləri bağlamayıb, təkcə xarici yardıma arxalanmayıb, əksinə, Belarus səhiyyə sisteminin potensialından səmərəli istifadə edərək daxili resursları yönləndirib və səfərbər edib.

İ.Petrişenko Qoşulmama Hərəkatına üzv dövlətləri dünyanın səhiyyə sistemlərinə, eləcə də qlobal iqtisadiyyata, təhlükəsizliyə və istisnasız olaraq bütün üzvlərin inkişaf perspektivlərinə zərərli təsir göstərən birtərəfli məcburi tədbirlərə qarşı mübarizə aparmaq üçün əməkdaşlığa çağırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26