Interposta.Info

Makronla Paşinyan nə danışıb? (ŞƏRH)

Siyasət
 7-02-2023, 14:37     402

"Tərəflər Avropa İttifaqı missiyasının Ermənistanda yerləşdirilməsinin bir sıra detallarını müzakirə ediblər”.

Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

"Fransa birmənal olaraq Ermənistanı dəstəkləyir. Bu dəstəyin arxasında da Parisin Cənubi Qafqazdakı geosiyasi maraqları dayanır. Paşinyanla Makron telefon danışığı zamanı Laçın yolunun bağlanmasını müzakirə etmələri absurddur. Çünki yol bağlanmayıb. Sadəcə olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekofəalları aksiya keçirir. Onlar da Azərbaycanın təbii sərvətlərinin qanunsuz talan olunması, Ermənistandan həmin yol vasitəsilə Qarabağa silah və qanunsuz dəstələrin gətirilməsinə qarşı çıxırlar. Habelə, əraziyə qanunsuz yolla xarici ölkə vətəndaşlarının gəlişinin qarşısının alınmasını tələb edirlər. İrəvan isə Bakının haqlı tələblərinə əməl etmək əvəzinə, erməni xislətinə uyğun olaraq növbəti dəfə hay-küy qaldırır ki, guya Qarabağdakı ermənilər arasında humanitar fəlakət yaşanır. Əslində isə bölgədə heç bir humanitar fəlakət yaşanmır. Bölgəyə ərzaq və digər zəruri ləvazimatlar daşınmaqda davam edir”, deyə Taleh Əliyev qeyd edib.

Makronla Paşinyan nə danışıb? (ŞƏRH)

Ekspert bildirib ki, Avropa missiyasının Ermənistana gəlməsi əslində birbaşa Moskvanın bu ölkədəki maraqlarına ziddir:

"Ona görə də Kreml ona etirazını bildirir. Həmin missiyanın Ermənistanda olması İrəvan-Moskva münasibətlərini kəskinləşdirəcək. Makronla Paşinyan telefon danışığında görünür əsassən Avropa İttifaqı missiyasının Ermənistanda yerləşdirilməsi məsələsini müzakirə ediblər”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Onlar Laçın yolundakı vəziyyətə, Azərbaycanla münasibətlərin normallaşması və Avropa İttifaqının Ermənistandakı missiyasına dair fikir mübadiləsi aparıblar.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26