Türkiyə Azərbaycana döyüş təyyarələrinı satmaq istəyir

Türkiyə Azərbaycana özünün döyüş təyyarələrinin almasını təklif edib.
"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir məlumat verib.
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi bu sözləri deyib6\:
"Milli döyüş təyyarələri ilə bağlı dost və qardaş ölkələrə dəvət göndərmişik. Bu ölkələr siyahısında Azərbaycan, İndoneziya, Pakistan, Malayziyanı göstərmək olar. Əgər tələb varsa, müxtəlif səviyyələrdə bu məsələni onlara açmışıq. Tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağını düşünürük”.
Dəmir qeyd edib ki, Türkiyə dost və qardaş ölkələrin müxtəlif səviyyələrdə müdafiə sənayesi layihələrində tərəfdaş kimi iştirakına açıqdır.
"2022-ci il ixracat rəqəmlərini gözlədiyimiz dərəcədə əldə etdik və bu həddi keçdik. 2023-cü ildə həmin rəqəmin 6 milyard dollar olacağını gözləyirik, bu, daha çox ola bilər”, - Türkiyənin müdafiə sənayesinin ixrac həcmi ilə bağlı sualı cavablandıran Dəmir əlavə edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26