Interposta.Info

Rəsmi İrəvandan sülh açıqlaması: İlin sonunadək...

Siyasət / Manşet
 8-12-2022, 21:37     130

"Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”.

Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

O, açıqlamasında layihə üzərində işin davam etdiyini və Ermənistan tərəfinin müqavilə ilə bağlı öz əlavə və qeydlərini vurğuladığını söyləyib.

Armen Qriqoryan bildirib ki, sülh müqaviləsi layihəsinin 2 mətni var. Bir variantı Rusiya, digərini Azərbaycan təklif edib: "Qərb danışıqlar üçün şərait yaratmağa çalışdı. Moskva da bunu edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmaq üçün hər şeyi etməlidir".

Eyni zamanda, Armen Qriqoryan söyləyib ki, rəsmi İrəvan nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtlardan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə sənəd alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26