Interposta.Info

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcəklər
 

Siyasət
 11-10-2022, 21:39     285

Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 14-də Astanada keçiriləcək.

"İnterPosta" xəbər verir ki, bu barədə Emənistan XİN məlumat yayıb.

Qeyd edilib ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26