Interposta.Info

Azərbaycanla Ermənistan razılaşıb - Mövlud Çavuşoğlu

 

Siyasət / Manşet
 11-10-2022, 17:47     503

"Azərbaycan və Ermənistan sülh müqaviləsinin 5 əsas bəndi üzrə razılıq əldə edib”.

"İnterPosta" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvnet” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən bəndlərə ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. aiddir: "Geriyə yalnızca bunları həyata keçirmək qalır”.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı danışıqlardan sonra başlayacaq.

O bildirib ki, Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş müsbət məcrada keçib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26