Interposta.Info

Prezident: “Sülh müqaviləsi üzərində iş hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında aparılacaq”

Siyasət / Manşet
 7-04-2022, 23:05     431

Ermənistanla sülh müqaviləsi üzərində iş hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında aparılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.

Dövlət başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd edib./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26