Interposta.Info

Şahbaz Şərif: “Pakistan xalqı azərbaycanlı qardaşları ilə həmrəydir” - FOTO

Siyasət
 16-09-2022, 09:52     265


Pakistanın Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

O, bu barədə öz “Twitter” hesabında yazıb:

“Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın təxribatı nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik. Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”, - Baş nazir qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26