Interposta.Info

Zakir Həsənovla Hulusi Akar arasında növbəti telefon danışığı oldu

Siyasət
 15-09-2022, 09:27     251

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26